11 C
Bakı
23 Mart 2026 22:36
GündəmSiyasət

Əvəz Zeynallı və vəkili DTX-nin təcridxanasına aparılıblar

Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aparılıblar.

Bu barədə haqqin.az-a Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

B.Hacıyev qeyd edir ki, Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsalar da, məhkəmədən sonra onlar birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.

Xatırladaq ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsi ilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunurlar.

Tacxeber.az

Oxşar xəbərlər

Ronaldo dırnağına niyə lak çəkir? – ŞOK SƏBƏB – FOTO

redaktor

“Biri deyir ki, Zəngəzura hücum edib oranı tutaq, o biri deyir…”

admin

İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO

admin