28 C
Bakı
11 Avqust 2025 21:11
Hadisə

Müsabiqədə bahalı telefon qazanan yeniyetmə xoş niyyətinin badına getdi

Bakıda futbol müsabiqəsində bahalı telefon qazanan yeniyetmənin sevinci uzun sürməyib.

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, hədiyyəsini alıb mağazadan çıxan zaman başqa bir şəxs telefonu onun əlindən alaraq qaçıb.

 

Hadisə barədə sosial şəbəkədə paylaşım edən yeniyetmənin anası Esmira Azayeva bildirib ki, tanımadıqları şəxs oğluna yaxınlaşaraq həmin telefondan almaq niyyətində olduğunu, və xüsusiyyətlərinə baxmaq istədiyini deyib.

 

Yeniyetmə də aldanaraq telefonu ona uzadıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, dekabrın 6-da Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub:

 

“Müraciət üzrə Yasamal RPİ 29-cu Polis Şöbəsində araşdırmalara başlanılıb. Əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər keçirilir”.

Tacxeber.com

Oxşar xəbərlər

“Google maps”lə yol gedən 3 nəfər körpüdən düşüb öldü – Video

redaktor

Ruhəngiz Qasımova vəfat etdi

redaktor

Məktəb yaxınlığında narkotik satan şəxs tutuldu

redaktor