Hadisə

Bakıda iki it sahibini PARÇALADI

Bakının NZS qəsəbəsində 70 yaşlı Əliyev Yaqub Aydın oğlu saxladığı itlərin hücumuna məruz qalıb.

 

Tacxeber.com“Şəbəkə” Telegram kanalına istinadən xəbər verir ki, iki “Alabay” onu parçalayıb.

Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.

Nəticədə sözügedən şəxs ölüb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

 

Qonşuların bildirdiyinə görə, Yaqub Əliyev biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor