24 C
Bakı
13 Avqust 2025 06:30
Siyasət

Lalə Şövkət ağır durumda: Hərəkət qabiliyyətini itirdi

Lalə Şövkət ağır durumda: Hərəkət qabiliyyətini itirdi

Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur.

 

Bu sözləri Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

 

“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, – deyə o əlavə edib.

 

Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İsrail Prezidentinin Bakıya səfərinə əngəl olan qadağadan danışdı

redaktor

ABŞ Ermənistanda Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır – Nüvə reaktorları tikəcək

redaktor

Məhərrəm İncə: Problemlərin həllində Ərdoğana uğurlar arzulayıram

redaktor