Dünya

Bu binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? – Fotolar

Bu ilin aprel ayında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə götürülmüşdü.

 

Tacxeber.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin vaxt binada təmir işlərinin aparıldığı, təmirdən sonra sözügedən lövhənin öz yerinə bərpa olunacağı bildirilirdi.

 

Lakin sosial şəbəkələrdə binanın təmirinin bitdiyi, lakin hələ də lövhənin qoyulmaması ilə bağlı məlumatlar yayılıb.

 

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq: “Bina müasir üslubda əsaslı təmir edilib. Məhəmməd Əmin Rəsulzadənin sözlərinin və bayraq arnamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevdə 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb olunmağa başlayıb

redaktor

ABŞ-da polislər 29 yaşlı gənci döyərək öldürdülər – ANBAAN VİDEO

redaktor

Polşada Azərbaycan şirkətinin Rusyaya Boing təyyarələri üçün daşıdığı təkərlər müsadirə edilib.

admin