26 C
Bakı
14 Avqust 2026 02:17
Gündəmİdman

Taysonun Paulu şillələməsinin səbəbi – Görüntüsü yayıldı

Mayk Taysonun Jak Paulu şillələməsinin səbəbi bəlli olub.

Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə bəzi istifadəçilər Mayk Taysonun Paulun ayağına basdığına görə yox, özünü meymun kimi göstərərək yanına gəlib irqçi hücuma keçdiyi üçün onu şillələdiyini şərh ediblər.

 

Tayson onun bu hərəkətini hörmətsizlik və təhdid kimi dəyərləndirərək vurduğunu bildirib.

 

“Qoy bu sizə və indi sizinlə olan hər kəsə dərs olsun. İstedadsız YouTubersən. Daha çox istəyirsənsə, çıxdığın çuxura qayıtma”, – Tayson bildirib.

 

Jak Paul isə deyib ki, onu matçda  parçalayacaq. “O ölməlidir” – deyib.

 

Qeyd edək ki, idmansevərlərin səbirsizliklə gözlədiyi qarşılaşma 80 min nəfərlik AT&T Stadiumunda keçiriləcək. Yarış iki dəqiqəlik 8 raunddan ibarət olacaq.

 

Jak Paul kimdir?

YouTube-da 20,8 milyon izləyicisi və təxminən 7,7 milyard baxışı olan şəxsdir.  Paul boks karyerasına 2018-ci ildə başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Bu gün “Qarabağ”ımız oynayır

admin