Dünya

Lukaşenko: Allah eləməsin, Belarusda qadın prezident seçilsin

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko qadının dövlət başçısı postunu tuta bilməsi ehtimalına münasibət bildirib.

Tacxeber.comxəbər verir ki, bu barədə informasiyanı BELTA agentliyi yayıb.

“Allah eləməsin, Belarusda, qadını prezident seçsinlər. Hamı bilir ki, ABŞ prezidentinə bütün səlahiyyətlər verilməyib, amma bizim ölkədə vəziyyət başqa cürdür. Belarusda prezident ali baş komandandır. Bu isə ən çətin işdir. Qadına belə məsuliyyətli işi vermək olmaz. Ola bilsin ki, zaman keçdikcə biz də bu üsluba gələcəyik. Amma hələlik bu mümkün deyil”, – Aleksandr Lukaşenko qeyd edib.

“Mən qadınlara heyranam, onların rolunu heç də aşağılamıram. Həmişə yanımızda olmalıdırlar”, deyə o, əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tailandda qadın siyasətçi seçicilərə verdiyi qeyri-adi vədi yerinə yetirdi- Ziyarətgahda çılpaq rəqs etdi

redaktor

Türkiyə tarixinə düşən daha bir görüntü: hamı bu qadından danışır – VİDEO

redaktor

Priqojinin Afrikadakı son fotoları üzə çıxıb – FOTO

redaktor