Dünya

Tramp İlon Maskı “heyrətamiz oğlan” adlandırdı

Donald Tramp prezident seçkilərində göstərdiyi dəstəyə görə milyarder İlon Maska minnətdarlığını bildirib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə o, seçiciləri qarşısında çıxış edərkən danışıb.

 

“Bizim yeni bir ulduzumuz var: İlon” deyə Tramp qeyd edib.

 

“O, heyrətamiz oğlandır, bu gün bir yerdə oturduq. Bilirsiniz, o, iki həftə Filadelfiyada olub və Pensilvaniya ştatının müxtəlif yerlərində seçki kampaniyası aparıb. O, super dahidir, biz super dahilərimizi qorumalıyıq”, – Tramp əlavə edib.

 

Xatırladaq ki, Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. O, ilkin nəticələrə görə, 277 səs toplayıb. Rəqibi, Demokratlar partiyasının namizədi Kamala Harris isə səslərin 226-nı qazanıb.

 

Onu da qeyd edək ki, ABŞ-da prezident seçkilərində qalib olmaq üçün 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Rusiya ilə danışıqlar haqda: Ritorikada həyasızlıq və qətl görürəm

redaktor

Ukraynada itkin düşən azərbaycanlı polis və ailəsi tapıldı

redaktor

Podolyak Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

redaktor