Cəmiyyət

COP29: Yollarda məhdudiyyətlər tətbiq ediləcək

 

COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Bu yollarda hərəkətin təhlükəsiz və nizamlı təmin olunması üçün tədbirlər görüləcək.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.

 

Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif ediləcək.

 

“Həmin istiqamətlərə getməli olanlar isə zəruri hallarda, fasilələrlə gedə biləcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu yollarda yol hərəkəti qaydalarına uyğun məlumatlandırma işarələri qoyulacaq və ətraflı məlumat rəsmi kanallar vasitəsilə paylaşıldığı üçün şəhərdə hərəkətin dayanıqlılığı qorunacaq. Beləliklə, tədbir dövründə həm yerli sakinlərin, həm də qonaqların rahatlığı maksimum dərəcədə təmin ediləcək”, – deyə Namidan Piriyev əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

«Akademik Zərifə Əliyeva adına liseydə rüşvət tələbinə boyun əyməyən atanın övladı cəzalandı» İlqar Məmmədov: “Təhsil ocağında şagirdlər təbəqələrə ayrılır, varlı və kasıb şagirdlər”

admin

Mahir Cürət: “Ayaqlarım çürüyür” – VİDEO

redaktor

Sərhədi pozanlar saxlanıldı

redaktor