Dünya

Pezeşkianı dəstəkləyən professor məhkəməyə çağırıldı

 

İranda prezident seçkiləri ərəfəsində Məsud Pezeşkiana dəstək çıxışları edən vəkil, ictimai fəal və universitet müəllimi Möhsün Burhani yenidən məhkəməyə çağrılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə o özünü sosial media hesabında məlumat yayıb.

 

Professor bildirib ki, bundan əvvəl seçkilər zamanı Məsud Pezeşkianın təbliğat və təşviqat kampaniyasında etdiyi çıxışa görə barəsində cinayət işi açılıb:

 

“SEPAH-ın Qum şəhəri bölməsi Məsud Pezeşkiana dəstək kampaniyasındakı çıxışıma görə barəmdə cinayət işi açıb və məni “ictimai rəyi çaşdırmaq”da günahlandırıb”.

 

Qeyd edək ki, Möhsün Burhani həmin çıxışında ölkədə söz və fikir azadlığının olmadığını deyib.

 

Ötən il isə hökumətin repressiyalarını, xüsusən müəllim və tələbələrə qarşı təzyiqlərini tənqid etdiyinə görə universitetdən qovulub.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın vurduğu İl-22 təyyarəsinin komandiri ölüb

redaktor

“Azərbaycan “gələcəyin ölkəsi”dir…Bakıya gedəcəyəm” – İlon Mask

admin

Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı – FOTO

redaktor