7 C
Bakı
28 Dekabr 2025 06:55
CəmiyyətGündəmQalmaqal

İki nəfərin boğulduğu tuneli tikən şirkət: “Nöqsanların olub-olmadığı barədə heç nə deyə bilmərik”

Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq həyatını itirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub.

 

Sosial şəbəkələrdə tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.

 

Pravda.az səslənən etirazlarla bağlı “Körpü Bina Tikinti” MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.

 

Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər:

 

“Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə heç nə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub”.

 

Xatırladaq ki, “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.

Tacxeber.com

Oxşar xəbərlər

Tikinti şirkəti vətəndaşın evinə girişi bağlayıb – Cavid İsmayılov yalnız vertolyotla gedə bilər – FOTOLAR

redaktor

Hikmət Mirzəyevin təyinatına rus hərbi ekspertdən reaksiya

redaktor

Kor insanlar nə görürlər?

redaktor