Dünya

İsrail İranın maşınqayırma zavodunu vurdu

İsrail aviasiyası Suriyanın Homs əyalətinin Hesya şəhərində yerləşən İranın Saba maşınqayırma zavoduna raket  zərbəsi endirib.

Tacxeber.com xəbər verir ki, bu barədə Hesya sənaye şəhərinin direktoru Amer Xəlil məlumat verib.

“İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan zərbə endirib edib”, – o qeyd edib.

“Al Hadath” xəbər verir ki, zərbə Suriya ordusunun silah anbarlarına yönəlib.

SANA bildirir ki, İsrail hərbçiləri Suriyanın Homs əyalətində avtomobil zavoduna hücum edib. Agentliyin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb.

Əl-Cəzirə eyni vaxtda dörd yaralı olduğunu qeyd edir.

SANA agentliyi onu da bildirib ki, Homsun şimalında yerləşən Həmadakı hərbi obyekt də hücuma məruz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə hökumət böhranı və Netanyahunun son oyunu

redaktor

Rostov vilayətinə dronlar hücum etdi: qatarlar dayandı, itkilər var

redaktor

Pezeşkian İranda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağına söz verib

redaktor