23 C
Bakı
22 İyun 2025 19:13
CəmiyyətDünyaPlanet

Əhaliyə xəbərdarlıq! – Axşam saat 22:00-dan başlayır, ehtiyyatlı olun.

Bu gün Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında bildirib.

 

Məlumatda qeyd olunub ki, maqnit qasırğa oktyabrın 5-i axşam başa çatacaq.

Sinoptik onu da bildirib ki, qasırğanın yerə təsiri Bakı vaxtı ilə saat 22:00-dan sonra başlayacaq, lakin bu zaman maqnit qasırğasının gücü zəif (G1) olacaq. Daha sonra, onun intensivliyi artacaq və cümə günü səhər saat 7-dən sonra maqnit qasırğası güclənərək (G3) sinifinə çatacaq.

 

Xatırladaq ki, maqnit qasırğalarının insanlara təsiri müxtəlif ola bilər. Bəzi insanlar bu cür hadisələr zamanı xroniki xəstəliklərin pisləşməsi ilə üzləşirlər və baş ağrıları, yorğunluq, əsəbilik və konsentrasiyanın azalması ilə qarşılaşa bilərlər.

 

Eyni zamanda, maqnit qasırğaları təbii bir hadisədir və hər bir orqanizm onlara özünəməxsus şəkildə reaksiya verir. Daimi məşq, yaxşı yuxu və balanslaşdırılmış pəhriz sağlamlığınıza təsirini minimuma endirməyə kömək edə bilər. (Azxeber)

Tacxeber.com

Oxşar xəbərlər

Tayvan yaxınlığında döyüş təyyarələri havaya qaldırıldı

admin

Milçəklərin kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın

redaktor

Natiq Cəfərli: “Evimi necə qızdırım, yemək necə bişirim, isti sudan necə istifadə edim?”

redaktor