24 C
Bakı
24 İyun 2025 18:39
Cəmiyyət

“Qızıma olan sevginin qarşısında ağlamağa haqqım yoxdur” – Qənirə Paşayevanın anası – VİDEO

“Cənab Prezidentə, Mehriban xanıma qızım Qənirə Paşayevaya göstərdiyi qayğıya görə təşəkkür edirəm. Biz heç vaxt bunu unutmayacağıq. Allah onlara uzun ömür və cansağlığı versin”. Bu sözləri mərhum millət vəkili Qənirə Paşayevanın anası Tehran Nağıyeva qızının anım mərasimində deyib.

 

“Bizi yaşadan, ayaqda tutan xalqın yanımızda olmasıdır. Hər kəsə minnətdaram. Həmişə ailələrində xoşbəxtlik olsun, hər şey ürəklərincə olsun. Türk dünyasının Qənirə xanıma olan böyük sevgisi məni yaşadır. İndi çox ağır dönəmdən keçirəm. Hərdən düşünürəm ki, qızıma olan bu qədər sevginin qarşısında ağlamağa haqqım yoxdur. Milli Məclisin nümayəndələrini, qızımın həmkarlarını təbrik edirəm. İşlərində uğurlar diləyirəm”, – T. Nağıyeva bildirib.

Musavat.com

 Tacxeber.com

Oxşar xəbərlər

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdır, boşanmış qadını yox”

redaktor

Nizaməddin Şəmsizadə komaya düşdü

redaktor

“Bütün dünyada ərzaq qiymətləri Yeni il ərəfəsində aşağı salınır”

admin