24 C
Bakı
22 İyun 2025 10:19
Sağlamlıq

Prostat xərçənginin müalicəsi üçün dərman istehsal etmək planlaşdırılır

Qazaxıstan prostat vəzi xərçəngi və neyroendokrin xəstəliklərin müalicəsi üçün radiofarmasevtiklər istehsal etməyi planlaşdırır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Atom Enerji üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş Konfransının 68-ci sessiyası çərçivəsində məlumat verilib.

 

Tədbirdə qazaxıstanlı mütəxəssislər nüvə təbabəti sahəsində gördükləri işlərin nəticələrini təqdim ediblər. Öz növbəsində AEBA ekspertləri ikitərəfli əməkdaşlıq proqramlarının yüksək səviyyədə həyata keçirildiyini qeyd ediblər.

 

Bildirilib ki, yaxın üç ildə ölkədə pozitron emissiyalı tomoqrafiya aparatları ilə təchiz edilmiş yeddi mərkəzin və bir foton emissiyalı kompüter tomoqrafiyası aparatları ilə təchiz edilmiş dörd mərkəzin, habelə dövlət-özəl tərəfdaşlığından istifadə etməklə beş yeni nüvə tibb mərkəzinin açılması planlaşdırılır.

 

Radiokimya və İzotop İstehsalı Mərkəzinin rəhbəri Yelena Çakrova bildirib ki, AEBA ilə texniki əməkdaşlıq çərçivəsində Qazaxıstanda 7 radiofarmasevtik preparat istehsal olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Moruq necə sağaldır?  –  Hazırlanma qaydaları və faydaları

redaktor

Bu cür qidalanmaq kolon xərçəngi riskini artırır

redaktor

Osteoporozun risk faktorları

redaktor