Hadisə

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək vəfat etdi

 

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib.

 

Tacxeber.com xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.

 

1953-cü il təvəllüdlü Sədaqət Zeynalabdin qızı Bayramova xəstələndiyi üçün övladı ona iynə vurub. Lakin qadının vəziyyəti qəfildən pisləşib.

 

Hadisə ilə bağlı dərhal təcili tibbi yardım çağırılsa da, yaşlı qadını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

Həkimlər ilkin olaraq onun antibiotikə qarşı kəskin allergik reaksiya, yəni anafilaktik şok keçirdiyini bildiriblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır və qadının dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilib.

 

Qeyd edək ki, bu cür hallarda dərman preparatlarına qarşı fərdi allergik reaksiyalar çox ciddi nəticələrə səbəb ola bilər və hər hansı dərman vasitəsini tətbiq etməzdən əvvəl həkim məsləhəti almaq vacibdir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı tələbə rus hücumundan sonra öldü: dənizçi olmaq arzusu müharibə tərəfindən alt-üst oldu

redaktor

Bəs bu baş verənlər insan haqlarının pozuntusu deyil, ay Pedro?

redaktor

Odessa sahillərində Azərbaycanlıları daşıyan daha bir gəmiyə hücum edilib

redaktor