4 C
Bakı
12 Fevral 2026 02:49
CəmiyyətHadisə

Bakıda qatar yoluna çıxan qadını qatar vurdu.

Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.

 

 Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

 

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

 

“ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

 

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Əməkdar artist ağır qəza keçirdi – ANBAAN VİDEO

redaktor

Bakıda torpaq sahəsinə soxulan oğrular günəş panellərini oğurlayırlar

redaktor

Azərbaycanda öz qanını satmaq istəyənlər var – Qan Bankından reaksiya

redaktor