Cəmiyyət

Qarabağ Universitetində çalışmaq istəyərəm – Yaponiyada yaşayan azərbaycanlı professor

“Sabah biz Xankəndiyə, Qarabağ Universitetinə gedəcəyik, oradakı vəziyyətlə tanış olacağıq. Əgər şərait yaranarsa, çox istərdim ki, orada elmi fəaliyyətlə məşğul olum”.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ikinci günündə elektronika mühəndisi, ixtiraçı, azərbaycanlı professor Xəlil Kələntər bildirib.

 

“Mən neçə ildir ki, Yaponiyada yaşayıram. Orada süni intellekt üzrə araşdırmalar aparıram, nanotexnologiyalar sahəsində çalışıram. İstərdim ki, Qarabağ Universitetində texnologiya sahəsi üzrə ixtisaslaşmalar yüksək səviyyədə olsun. Bu, Azərbaycan üçün çox vacibdir”, – deyə professor qeyd edib.

 

Xatırladaq ki, sentyabrın 9-dan başlanan Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edir.

Tacxeber.com

Oxşar xəbərlər

TikTok-da canlı yayımda pişiyə işgəncə verən şəxs müəyyən olundu

redaktor

“Hərə əlinə bir telefon götürüb müəllimi çəkir” – Deputat

redaktor

Azərbaycanlı bloger İstanbulda həbs edildi: Qızlara GÖRÜN hansı sualları verirmiş

redaktor