28 C
Bakı
13 Avqust 2025 19:26
Cəmiyyət

Elçin Məmmədov “Abzas”la bağlı məhkəməyə təqdimat göndərdi

“Abzas media”nın direktoru Ülvi Həsənli və direktor müavini Sevinc Vaqifqızının cari həbsdə saxlanılma müddəti başa çatıb.

 

“Qafqazinfo”nun məlumatına görə, irihəcmli iş üzrə istintaq hərəkətlərinin yekunlaşması üçün 10 aylıq müddət kifayət etməyib.

 

Baş prokurorun birinci müavini Elçin Məmmədov istintaqın uzadılmasına icazə verilməsi üçün məhkəməyə təqdimat göndərib. Xətai Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbirinin növünün dəyişdirilmədən 3 ay artırılması istənilir.

 

Yaxın saatlarda növbətçi hakimin qərarı açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, “Abzas media” işi üzrə ittiham olunan şəxslər qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər cinayətlərdə ittiham olunurlar.

Tacxeber.com

Oxşar xəbərlər

Tibb Universiteti 115 min manata 36 ədəd ürək qapağı alır

admin

Bakıda 16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verilib

redaktor

Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok

redaktor