29 C
Bakı
11 Avqust 2025 17:26
Sağlamlıq

Valideynlərlə yatmaq körpələrin psixoloji inkişafına müsbət təsir edir

Valideynlərlə birgə yatmaq körpələrin psixoloji inkişafına müsbət təsir edir.

 

“Report” xəbər verir ki, bunu “Attachment & Human Development” jurnalında dərc olunan araşdırma göstərib.

 

Alimlər Britaniyadan olan təxminən 17 min körpənin məlumatlarını təhlil ediblər. Onların səhhəti 11 il ərzində nəzarətdə saxlanılıb.

 

Məlum olub ki, doqquz ayda valideynləri ilə eyni yataqda yatan uşaqlar psixi (depressiya, narahatlıq), emosional (aqressiya) və davranış problemləri (hiperaktivlik), o cümlədən fiziki xəstəliklərdən əziyyət çəkməyiblər.

 

Birgə yatmaq təcrübəsi mübahisəlidir, çünki bəzi ekspertlər əvvəllər bunun uşaqların inkişafına mənfi təsir etdiyinə inanırdılar. Ancaq digərləri, birgə yatmağın həm valideynlərə, həm də körpələrə kömək etdiyini söyləyirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Bu bitki sizə gün boyu BOL ENERJİ verəcək

redaktor

Alimlər beyni cavanlaşdırmağın üsulunu tapıblar

redaktor

Qastroenteroloq qidalanma ilə bağlı dörd populyar mifi təkzib edib

redaktor