29 C
Bakı
18 Avqust 2026 17:45
Cəmiyyətİdman

“Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi.

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək “Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

 

“Zirə” klubu UEFA Konfrans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə “Neftçi”yə müraciət edib.

Qeyd edək ki, “Neftçi” – “Sabah” görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl “Neftçi Arena”dan “Liv Bona Dea Arena”ya dəyişdirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Çempionlar Liqasında pley-off başlayır

admin

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin