20 C
Bakı
10 Oktyabr 2026 02:05
Hadisə

“Kurtlar Vadisi”nin məşhur aktyoru dünyasını dəyişdi

 

Türkiyənin tanınmış aktyoru Salahsun Hekimoğlu dünyasını dəyişib.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya və səs aktyoru Salahsun Hekimoğlu 74 yaşında vəfat edib.

 

Qeyd edək ki, aktyor “Payitaht Abdülhamid”, “Diriliş: Ertuğrul”, “Kurtlar Vadisi”, “Arka Sokaklar” və “Kavak Yelleri” kimi bir çox məşhur seriallarda rol alıb.

 

S.Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən film və serialların səsləndirilməsində iştirak edir. Hekimoğlu aktyorluğa 2003-cü ildə “Həyat Bilgisi” serialındakı rolu ilə başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor