25 C
Bakı
23 İyun 2025 15:26
CəmiyyətHadisə

Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏ

 

Bəs görəsən, bu proses intensiv şəkildə davam edəcəkmi? Sənədləri qaydasında olmayan torpaq sahiblərini hansı təhlükə gözləyir?

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, qanunsuz evlərin meydana çıxmaması üçün torpaqlarla bağlı analoji addımların atılması düzgündür:

 

“Əslində, düşünürəm ki, bu elə torpaqlarda baş versə daha qanunauyğundur. Çünki hamı yaxşı bilir ki, əgər tikinti varsa, bu bir günün, bir gecənin işi deyil. Hansısa qurumlardan müxtəlif formalarda razılıq alınıb və tikilib. Onun sökülməsi üçün artıq məhkəmə qərarı olmalıdır. Yəni məhkəmə qərarının icrası formasında bu işlər həyata keçirilməlidir. Hər hansı müvafiq icra hakimiyyəti orqanı günün istədiyi vaxtı ağır texnikalarla vətəndaşların yaşadığı və yaxud yaşamadığı, amma əşyaları olduğu evə hücum etməməlidir”.

 

Ekspert qanunvericilikdə torpaq sahələrinin qanunsuz şəkildə zəbt olunması ilə bağlı ciddi məsuliyyətin olduğunu qeyd edib:

 

“Torpaq sahələrinə gəlincə, Azərbaycan qanunvericiliyində ərazilərin zəbt olunmasına görə çox ciddi məsuliyyət norması nəzərdə tutulub. Hətta cinayət qanunvericiliyində bununla bağlı konkret müddəa var. Buna görə bu istiqamətdə fəaliyyət göstərmiş istər fiziki, istər hüquqi şəxsin məsuliyyət norması məhz cinayət qanunvericiliyi ilə tənzimlənir. Fikrimcə, Azərbaycanda torpaq zəbt edən insanların sayının həddən artıq çox olması hüquq-mühafizə orqanlarını bununla bağlı müddəanı işlək vəziyyətə gətirməyə vadar edir. Əgər belə bir şey olsa, onda gərək xeyli sayda insan cinayət məsuliyyətinə cəlb olunsun. Amma bütün hallarda müvafiq icra hakimiyyəti orqanları zəbt olunmuş torpaq sahələrinin azad olunması üçün əməli fəaliyyətə keçməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Polis Sabirabadda əməliyyat keçirdi – Saxlanılanlar var

redaktor

Ombudsman dərmanların keyfiyyətindən danışdı

redaktor

IMEI ilə bağlı 12 minlik cərimə təklifinin mahiyyəti açıqlandı

redaktor