2 C
Bakı
11 Fevral 2026 03:22
Cəmiyyət

Həkimdən estetik əməliyyatlarla bağlı çağırış: İnternetdən tapdıqları həkim…

Estetik əməliyyatlar hazırda dəbdədir. Tələb olduğundan bir çox cərrahlar bu istiqamətdə çalışır.

 

Tacxeber.comxəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O, insanların əməliyyat etdirmək üçün internetdən həkim tapmasının doğru olmadığını bildirib:

 

“Mətbuatda tez-tez “filankəs filan əməliyyatdan sonra dünyasını dəyişdi” kimi xəbərlər gedir.

Əslində necə olur? X xanım internetdə Y həkimlə tanış olur. Həkim deyilən şəxs bol-bol özünü tərifləyəndən sonra müştərinin razılığını alır. Nəticə pis olanda məlum olur ki, Y həkimin tibbi təhsili yox imiş.

 

İnternetlə həkim tapmaq yeni bir şeydir. Heç kimə bu əməliyyatları etdirmək qadağan deyil, amma cərrah deyilən şəxsin təhsili, sertifikatı və bu sahədə işləmək icazəsi ilə maraqlanın.

 

Onda məni əməliyyat edən “fizioterapevt, lazeroloq, manikür çəkən, saç düzəldən və s.” imiş kimi peşmanlıq yaşamazsınız”, – deyə o əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl 29 yaşlı iki uşaq anası Aybəniz Almuradova qarın liposaksiyası zamanı dünyasını dəyişib.

Gənc qadının ölümündə ittiham olunan həkim Mətanət Eyvazova isə bildirib ki, A.Almuradova əməliyyatdan əvvəl narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün vəfat edən Tağı Əhmədov kimdir – DOSYE

redaktor

Azərbaycanlılar təhsil almaq üçün Türkiyəyə axışırlar

redaktor

Vəkili Misir Qasımlı ilə bağlı iddialara münasibət bildirdi

redaktor