İdman

Cenk Tosun: “Türk olmaq çətindir, bütün dünyaya qarşı mübarizə aparmaq lazımdır”

 

“Ne xoş türküm deyənə. Türk olmaq çətindir. Çünki təkcə bir ölkəyə qarşı deyil, bütün dünyaya qarşı mübarizə aparmaq lazımdır”.

 

Tacxeber.com xəbər verir ki, bunu Türkiyə millisinin oyunçusu Cenk Tosun AVRO-2024-ün 1/4 finalına vəsiqə qazana bilmədikdən sonra Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında deyib.

 

“Böyük həyəcan yaşadıq. Finalda oynamaq istəyirdik. Qarşımıza belə bir məqsəd qoymuşduq. Komandamızın da finalda oynamağa gücü var idi, amma təəssüf ki, Hollandiya oyununda uğursuz məğlubiyyətlə üzləşdik. Amma biz çox xoşbəxtik ki, bütün ölkəni sevindirdik. Ne xoş türküm deyənə. Türk olmaq çətindir. Çünki təkcə bir ölkəyə qarşı deyil, bütün dünyaya qarşı mübarizə aparmaq lazımdır. Amma biz hamını sevindirməkdən, gənclərə ümid verməkdən xoşbəxtik. Yorulduq, uzun bir mövsüm oldu”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin