23 C
Bakı
24 İyun 2025 12:15
CəmiyyətGündəmHadisə

Hökumət Əli Kərimlini legitim partiya sədri kimi tanımır.

Nəsimi Rayon Məhkəməsi AXCP-nin qurultayının nəticələrini Ədliyyə Nazirliyinə təqdim edilən şikayət əsasında ləğv edib.

 

İyulun 5-də Nəsimi Rayon Məhkəməsinin qərarilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ötən il keçirdiyi qurultayının nəticələrinin tanınmaması ilə bağlı qərar verib. Bu barədə AXCP sədri Əli Kərimli özünün “facebook” hesabında yazıb.

 

Belə ki, qurultayın keçirildiyi tarixdən başlayaraq uzun müddətdir mənsub olduğu AXCP ilə mübahisəli məhkəmə çəkişməsində olan Aydın Əliyev Ədliyyə Nazirliyinə müraciət edərək qurultayın nəticələrinin tanınmamasını tələb edib. O, bu iddiasını qurultayın gedişatında pozuntu hallarına yol verildiyi ilə əsaslandırıb.

Partiya sədri Əli Kərimli Nəsimi Rayon Məhkəməsinin verdiyi bu qərarın əsassız olduğunu deyib.

 

“Mən qurultayda gizli səsvermə yolu ilə, yekdilliyə yaxın səs çoxluğu ilə (yalnız bir nəfər əleyhinə olmaqla) sədr seçilmişəm. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub, jurnalistlər tərəfindən çəkilib və ictimaiyyətə təqdim olunub.

 

Ədliyyə Nazirliyi mənim sədr seçilməyim haqqında qurultayın qərarını qanunsuz olaraq, siyasi tapşırıqla dövlət reyestrinə daxil etməyib və paralel olaraq hakimiyyət qurultayın nəticələrinin etibarsız hesab edilməsilə bağlı sifarişli məhkəmə prosesi başladıb”, – deyə partiya sədri vurğulayıb.

Əli Kərimli qeyd edib ki, partiya hüquqi müstəvidə mübarizəsini davam etdirəcək. Hökumət rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 

Mənbə: AbzasMedia

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı – VİDEO

redaktor

Tiktok məni necə tərbiyələndirir? – Gözdən qaçan detal

redaktor

“Həm deyirlər, çirkli pulları yumusunuz, həm də deyirlər çirkli puldan niyə vergi ödəməmisiniz?” Ülvi Həsənli

admin