12 C
Bakı
29 Mart 2026 01:45
CəmiyyətMüsahibəTəhsil

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür.

İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür.

 

Tacxeber xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir: “Təbii ki, bu da elmə əsaslanmalıdır”.

 

M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir: “Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq

admin

“Nəyə görə belə çox bayram günlərimiz var?”

redaktor

Lisenziyası ləğv olunan plastik cərrahlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ

redaktor