29 C
Bakı
11 Avqust 2025 11:14
Dünya

Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi?

 

Qazaxıstanın İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə iştirak etməməsinin səbəbi açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

 

O, beynəlxalq tədbirlərin qrafikinə görə bunun baş tutmadığını deyib.

 

Onun sözlərinə görə, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

 

Xatırladaq ki, Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? – FOTO

redaktor

Ermənistan-Azərbaycan müharibəsi… – “Xeyirlə Şərin mübarizəsi gedir”

redaktor

Nyu York meri müsəlman olacaq.

admin