24 C
Bakı
11 Avqust 2025 23:05
Dünya

G7: Rusiya vurduğu ziyana görə Ukraynaya 500 mlrd dollar ödəməlidir

“Rusiya Ukraynaya genişmiqyaslı hərbi işğalın vurduğu bütün itkiləri kompensasiya etməlidir. 2023-cü ilin sonunadək Rusiyanın Ukraynaya vurduğu ziyan 486 milyard ABŞ dolları  həcmində olub”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Yeddilik Qrupunun (G7) İtaliyada keçirilən sammitinin yekun sənədində deyilir .

 

“Rusiya qanunsuz işğalçılıq müharibəsini dayandırmalı və Ukraynaya vurduğu ziyanı ödəməlidir. Dünya Bankının məlumatına görə, bu itkilər hazırda 486 milyard ABŞ dollarını ötür. Rusiya Ukraynaya vurduğu ziyana görə  beynəlxalq hüquq öhdəliklərinə uyğun olaraq kompensasiyanı tamamilə ödəyəcək”, – bəyanatda deyilir.

 

G7 iştirakçıları qeyd edirlər ki, onlar Rusiyanı Ukraynaya dəymiş itkilərə görə ödəməyə məcbur etmək üçün bütün mümkün hüquqi yolları nəzərdən keçirməkdə davam edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Bayden jurnalistin Putinlə bağlı sualına ƏSƏBİLƏŞDİ: “Sus” – VİDEO

redaktor

Tramp 27 yaşlı xanımı Ağ Evin mətbuat katibi təyin edəcək

redaktor

Ukrayna üçün mərmi istehsal edən ABŞ zavodu yandı

redaktor