25 C
Bakı
11 Avqust 2025 09:01
Cəmiyyət

Yüksək vəzifəli məmurdan kürəkəninə 185 minlik jest

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən iyunun 12-də Laçın və Qubadlı rayonlarında mişar daşı yataqlarının hərracı keçirilib.

 

Tacxeber.comxəbər verir ki, tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov çıxış edərək, əsas məqsədin təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadənin, həmçinin investorlar arasında şəffaf rəqabətin təmin edilməsi olduğunu vurğulayıb.

 

Maraqlıdır ki, Laçında Əhmədli mişardaşı yatağı üzrə keçirilən 7 hərracdan 3-nün qalibi “Azərbaycan Geologiyası” MMC olub. Ümumilikdə ilkin qiyməti 180 min olan 18 hektar ərazinin MMC-yə son satış qiyməti 185,6 min manat təşkil edib.

 

Qeyd edək ki, sözügedən şirkətin qanuni təmsilçisi Cəlilov İsrafil Ziyadxan oğludur. Mediada yayılan məlumatlardan aydın olur ki, İ.Cəlilov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədrinin müavini Azər Şükürovun kürəkənidir.

Tacxeber.com

Oxşar xəbərlər

Yasamalda evi başına uçurdulan qadın hadisənin detallarını açıqladı

redaktor

“Mənim bankım yoxdur oğlum general Teymur Mehdiyevindir…” – Ramiz Mehdiyev

admin

Bu şəxslərə qurban payı əvəzinə pul verin – İlahiyyatçı

redaktor