16 C
Bakı
27 Sentyabr 2025 05:29
Şou

“Bədənşəkilləndirmə də edəcəyəm”

Müğənni Kərim Abbasov plastik əməliyyatlarından danışıb.

 

Tacxeber.com xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan ifaçı yenidən bıçaq altına yatmaq istədiyini söyləyib:

 

“İki il əvvəl üzümdə kök hüceyrə əməliyyatını etdirdim. Demək olar ki, bu əməliyyatın müsbət nəticəsini də gördüm. Üzümün cizgilərinə əməliyyatdan sonra baxanda görürsən ki, cavanlaşmağa doğru gedir.

 

İnsan gərək özünə qulluq, diqqət və hörmət etsin. Əməliyyatı isə istər səhnə, istərsə də səhnədən kənar insan da edə bilər. Elə insanlar var ki, onlar düşünürlər ki, kişinin “balkonu” (qarnı nəzərdə tutur – red.) olmalıdır. İnsanlar da var ki, özünə mütəmadi baxır. Bu məsələyə hər kəsin özünəməxsus və bir cür yanaşması var.

 

Niyə də mən plastik əməliyyat etdirməyim ki? Zamanı gələndə plastik əməliyyat da, bədənşəkilləndirmə də edəcəyəm. Plastik və estetik əməliyyatlar təkcə qadınlar üçün deyil. Bu, bütün özünə baxan və qiymət verən insanlar üçündür”.

Tacxeber.com

Oxşar xəbərlər

Aygünün klipində irqçilik, seks köləliyi, sadizm… – İNANILMAZ İDDİA + VİDEO

redaktor

“Pulum gedir, “sağ ol” deyən də yoxdur” – VİDEO

redaktor

“O vaxt mənə lağ edən müğənnilər açdığım cığırla arxamca gəldilər…” – FOTOLAR

redaktor