Dünya

Bu ölkədə LGBT üzvləri ruhi xəstə sayılacaq

Peruda LGBT pozğunluğu ilə bağlı yeni qərar qəbul edilib.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Peru Prezidenti Dina Boluarte transgenderlərin artıq ölkə daxilində “ruhi xəstə” sayılacağını açıqlayıb.

 

“Cəmiyyətimizi qorumaq üçün ruhi xəstə trans insanları müalicə edəcəyik və onları yenidən cəmiyyətə inteqrasiya edəcəyik” – o deyib.

 

Peru hökuməti də bu insanlara pulsuz psixoloji müalicə xidmətləri göstəriləcəyini açıqlayıb və bu xidmətlərin transseksualların xeyrinə olacağı vurğulanıb.

 

Peru səhiyyə nazirliyi onu da bildirib ki, transseksual şəxslər bununla bağlı dəstək almaq müqabilində tibbi sığorta tələb edə bilərlər. Digər tərəfdən, bu şəxslərə hormon terapiyası xidmətləri pulsuz göstəriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor

“Krım konsensusu” və kollektiv məsuliyyət

redaktor