28 C
Bakı
13 Avqust 2025 20:01
Cəmiyyət

Cehiz üçün nə qədər pul lazımdır? – VİDEO

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır.

 

Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı.

 

İndi isə xanımların cehizi boğça-sandığa sığmır.

 

Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır? Məsələ ilə bağlı “Xəzər” TV araşdırma aparıb. Bakıda yerləşən mebel mağaza şəbəkəsinin əməkdaşından biri bildirib ki, mətbəx mebeli 1500-2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat aralığında dəyişir.

 

Ümumilikdə isə bir qızın cehiz xərcinin minimum 15, maksimum 30-35 min manata başa gələ biləcəyi məlum olub.

Oxşar xəbərlər

Dərs keçməyə imkan verməyən, çox danışan uşaqlar: Onların problemi nədir? – Psixoloq

redaktor

Təyyarəyə onsuz minməyin!

redaktor

Bakıda avtobusda maraqlı ANLAR – VİDEO

redaktor