22 C
Bakı
11 Sentyabr 2026 02:06
Cəmiyyət

34 ton süd məhsulları məhv edildi

34 ton süd məhsulları məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 34 tondan artıq süd məhsullarını məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Sun Food MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Tacxeber.az

Oxşar xəbərlər

“Şəki faciəsi: məsuliyyəti küləyin üzərinə atmaq olmaz”

redaktor

“Adın şərəflidir sənin, ey qadın…” — bəs niyə pensiyan 65 yaşında?

redaktor

Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış…

redaktor