CəmiyyətSağlamlıq

Yanğınsöndürənlərdə xərşəng riski niyə yüksəkdir?

Yanğınsöndürənlərin gen aktivliyini dəyişdirən maddələrə məruz qalması səbəbindən prostat xərçəngi inkişaf riski arta bilər.

 

Bu barədə “Environmental and Molecular Mutogenesis” jurnalında dərc olunan araşdırmada bəhs edilib.

Araşdırmada qeyd olunub ki, ABŞ-da yanğınsöndürənlərin prostat vəzi xərçənginə tutulma tezliyi ümumi əhali ilə müqayisədə 1,21 dəfə çoxdur.

Bunun əsas səbəbi kimi, onların tüstü və yanğın köpüyünə məruz qalması ilə bağlı olduğu güman edilirdi.

 

Alimlər yeni araşdırmada yanğınsöndürənlərdə genlərin aktivliyini qiymətləndiriblər.

Məlum olub ki, kişilər əvvəllər prostat xərçənginin inkişaf riski ilə əlaqəli olan “genomun 8Q24” xromosomunda gen aktivliyini dəyişiblər.

Buna səbəbsə yanğınsöndürmə köpüyündə olan perfluorooktan turşusu, həmçinin qablar və suya davamlı parçalar üzərində yapışmayan örtüklər olub.

 

Alimlərin qənaətinə görə, tədqiqat yanğınsöndürənlərdə prostat xərçəngi riskinin artmasına dair aydın sübutlar təqdim edir.

Əvvəllər elm adamları dözümlülük məşqlərinin bütün bədəndə minlərlə genin fəaliyyətini dəyişdirdiyini aşkar ediblər. (Redaktor)

Tacxeber.com

Oxşar xəbərlər

Qətlə yetirilən müğənninin əmisi Əli Mirəliyevi biabır etdi: Öz ailəsində olanları…

admin

Ayaqda qıcolmalar nəyin əlamətidir?

redaktor

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

redaktor