28 C
Bakı
12 Avqust 2025 18:49
Maraqlı

Məşhur yazıçıdan ŞOK açıqlama – “Yadplanetlilər yumurta hüceyrələrimi oğurladılar”

Məşhur yazıçı Şerri Uayld gözlənilməz açıqlama verərək, oxucularını təəccübləndirib.

 

Tacxeber.com-ın xarici mediaya istinadən xəbərinə görə, yazıçı xanım yadplanetlilər tərəfindən qaçırıldığını və yumurta folikullarının oğurladığını söyləyib.

 

O, hadisənin 20 il öncə baş verdiyini bildirib.

 

“İyirmi il ərzində nə baş verdiyini anlamağa çalışdım. Məni onların kosmik gəmisinə apardılar.

 

Yadplanetli varlıqlar yumurta folikullarımı götürdülər. Yadplanetlilərlə ilk qarşılaşmam avtomobilimin yolda dayanması ilə başladı. Magistral yolun ortasında dayanan dörd qəribə canlı diqqətimi çəkib. Bundan sonra huşumu itirdim, iki saat sonra oyananda dostumun evində idim.

 

İllər sonra bunun xəyal, yoxsa gerçək olduğunu anlamaq üçün hipnoterapistlə görüşdüm. Hər şey həqiqətən baş vermişdi”, – yazıçı bildirib.

 

O, yadplanetliləri yaşıl gözlü və qeyri-adi görünüşlü qəribə canlılar kimi təsvir edir. Uayldın dediyinə görə, onu soyundurub, stolun üstünə uzadıblar. Yazıçı xanımdan DNT nümunələri götürərkən yadplanetlilərdən biri onun başını tutub, digəri isə rəhmindən yumurta folikullarını çıxarıb.

 

Yazıçı iddia edir ki, hadisənin sonunda onun yaddaşı silinib və 20 il baş verənləri doğru düzgün qavraya bilməyib.


Tacxeber.com

Oxşar xəbərlər

Deputatlar nə qədər məvacib alırlar və nə qədər vergi verirlər?

admin

Zibilliyə atdığınız köhnə telefonlarınızdan kiçik bir sərvət qazana bilərsiz

redaktor

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

redaktor