Dünya

Səid Hüseynovun nəşi Bakıya göndərilib

Səid Hüseynovun nəşi Bakıya göndərilib

Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.
Tacxeber.az “Report”a istinadla xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.

Onun yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.

Qeyd edək ki, Hüseynov Səid Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə gün əvvəl könüllü şəkildə Nikolayev vilayəti istiqamətində həlak olub.

Tacxeber.az

Oxşar xəbərlər

B-2 SPİRİT təyyarələri. Dövrümüzün ƏBABİL quşları.

admin

Putin Qafqazdakı riskə görə Paşinyandan “qorxur” – TƏFSİLAT

admin

İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”

redaktor