İdman

Qara Qarayevdən “Qarabağ” cəbhəsinə sərt sözlər: “Şərəfiniz varsa…” – ÖZƏL VİDEO

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” və “Qarabağ” arasında baş tutan ilk matçında insident yaşanıb.

 

Tacxeber.comxəbər verir ki, söhbət “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan “İmarət”in üzvləri arasında başverənlərdən gedir.

 

0:4 uduzan “ağ qaralar”ın “2 nömrə”si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.

 

Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.

 

18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.

 

Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.

 

Ardınca tribunalara yaxınlaşan futbolçu “Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın” – deyib.

 

Özəl görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:Sportinfo

Oxşar xəbərlər

Bu gün keçiriləcək Avropa ÇL-in oyunlarını bu kanallar yayımlayacaq

admin

“Messi çempion olanda Ronaldo dəliyə dönmüşdü” – Corcina

redaktor

Ronaldonun bir gündə aldığı pul görün nə qədərdir

redaktor