12 C
Bakı
28 Mart 2026 16:31
Cəmiyyət

Adı rüşvət almaqda hallanan direktor əvəzi danışdı – VİDEO

Bu gün sosial şəbəkələrdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyevin rüşvət alması ilə bağlı səs yazısı yayılıb. Bundan əlavə, kollecin bazasında toz basmış avtomobillərin işlək vəziyyətdə göstərilməsi və onlar üçün yanacaq pulu adı altında xeyli miqdarda vəsaitin mənimsənilməsi də iddialar arasındadır.

 

Tacxeber.com xəbər verir ki, iddialar yayıldıqdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən o, tutduğu vəzifədən azad edilib.

 

Adı nöqsanlara yol verməsi ilə bağlı qalmaqalda hallanan Şahin Əliyev “Xəzər Xəbər”ə danışıb. O, yayılan iddiaları əsassız adlandırıb və məqsədli sayır.

 

Kollecdən isə bildirdilər ki, Göyçay Rayon Prokurorluğunun qərarına əsasən Maliyyə Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə araşdırma aparılır.

 

O da qeyd edilib ki, 2023-cü ilin dekabr ayından etibarən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Müxalifətçilər barədə qərarlar çıxarmış keçmiş hakim 4 min manat pensiyadan narazıdır

admin

“Allah heç bərəkət verməsin, səfalət içində yaşayasınız” – Professordan sahibkara sərt sözlər

redaktor

Azərbaycanda torpağı olan şəxslərin diqqətinə – Pul ala biləcəklər

redaktor