23.2 C
Bakı
15 İyun 2026 15:02
CəmiyyətDünyaGündəm

Qəzaya düşən Tatlısəs əlil arabasında konsert verdi – Fotolar

Dünən baş verən yol-nəqliyyat hadisəsi zamanı ayağı sınan sənətçi İbrahim Tatlısəs qəzadan 12 saat sonra əlil arabası ilə səhnəyə çıxaraq konsert verib.

Tacxeber.az xəbər verir ki, konsert zamanı sənətçi bir tərəfdən mahnılar oxuyub, digər tərəfdən də pərəstişkarlarına yaşadığı qəzanı danışıb.

Qəzadan sonra atasını tək buraxmayan Tatlısəsin övladları Dilan və İdo da konsert zamanı onun yanında olublar.

“Bu gün yol qəzasına düşdük. Allaha qurban olum, mələklərini göndərdi. Ya Rəbbim, sən nə qədər böyüksən, sənin böyüklüyünə inanmayan kafirdir”, – deyərək müğənni qəza anında yaşananları tamaşaçılarla bölüşüb.

Xatırladaq ki, dünən səhər saatlarında sənətçi İbrahim Tatlısəsin də olduğu mikroavtobus qəzaya düşüb. O, digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.

(Qafqazinfo)

Tacxeber.az

 

Oxşar xəbərlər

Qardaş qazaxların faciəsi – Stalin qırıb azaltdığı xalqın sayına görə daha bir qrup qazaxı güllələdib

redaktor

Sümük əriməsini dayandıran meyvə qurusu – Qatıqdan 10 qat daha təsirlidir

redaktor

Netanyahu ölkə prezidentindən əfv istəyib

redaktor