11 C
Bakı
29 Mart 2026 09:48
Dünya

“Aİ səfirlərini Rusiyadan qovmaq lazımdır” – Medvedev

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etdiklərinə görə Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyadan çıxarılmalı, onların ölkələri ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır”.

 

Tacxeber.com xəbər verir ki, bu fikri o, X-dəki ingilisdilli hesabında yazıb.

 

O, həmçinin əlavə edib:

“Aİ-nin Rusiyadakı səfirləri Rusiya xarici işlər naziri ilə görüşdən imtina ediblər. Bu, diplomatik missiyaların mövcudluğu və səfirlərin təyin edilməsi ideyasına ziddir”, – deyə siyasətçi yazıb.

 

“Əslində bütün bu səfirlər Rusiyadan çıxarılmalı və Avropa İttifaqı ölkələri ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır”, deyə Medvedev əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Viktor Örn, nasist Almaniyasının gədəbəyli zabiti.

admin

Poroşenko Ərdoğandan danışdı: Əgər o olmasaydı…

admin

Çexiyalı general Zelenskiyə xəbərdarlıq etdi

redaktor