28 C
Bakı
11 Avqust 2025 22:00
Dünya

Bayden: Seçkilərdə Trampı yenə məğlub edəcəyəm, amma o bunu etiraf etməyəcək

Prezident Co Bayden keçmiş prezident Donald Trampın yenidən məğlub olacağı təqdirdə 2024-cü il seçkilərinin nəticələrinə etiraz edəcəyinə inandığını deyib.

 

APA xəbər verir ki, bu barədə Prezident Bayden “New Yorker”ə müsahibəsində bildirib.

 

Trampın noyabrda uduzarsa, bunu etiraf edib-etməyəcəyi ilə bağlı suala Bayden belə cavab verib: “O, sadəcə qalib gəlmək üçün hər şeyi edəcəyini düşünür”.

 

“İnanıram ki, o, (Tramp) qalib gəlmək üçün hər şeyi edəcək. Mən qalib gəlsəm, o, nəticəyə etiraz edəcək. Onu məğlub edəcək yeganə şəxs mənəm və mən onu yenə məğlub edəcəyəm”, – Bayden qeyd edib.

 

ABŞ prezidenti etiraf edib ki, heç vaxt ikinci müddətə namizəd olmamaq fikrini düşünməyib: “Mən iki səbəbə görə yenidən yarışmaq qərarına gəldim. Birincisi, nəticələrimlə həqiqətən fəxr edirəm və irəli getmək istəyirəm. Mən gələcəyə nikbin baxıram. İkincisi odur ki, mən kənardan baxanda öz-özümə deyirəm: gördüyüm işlərin çoxu indi öz təsirini verməyə başlayır”.

Tacxeber.com

Oxşar xəbərlər

“Terminator” artıq qorunmağa ehtiyac duyur – Şvartseneggerin bu görüntüsü gündəm oldu – VİDEO

redaktor

Laçında 193 pillədən ibarət pilləkən – Video

redaktor

Bu gün Rusiyaya böyük hücum olacaq – Bəyanat

redaktor