22 C
Bakı
09 Oktyabr 2026 18:34
İdmanQalmaqal

Valensiya” -“Real Madrid” oyununda qalmaqala səbəb olan hakim işdən çıxarıldı

 

İspaniya La Liqasının XXVII turunda “Valensiya”-Real Madrid” matçını idarə edən Xesus Gil Manzano müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, buna qarşılaşmanın son anlarında hakimin verdiyi mübahisəli qərar səbəb olub. Belə ki, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem əlavə olunmuş dəqiqələrdə Brahim Diazın ötürməsindən sonra topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim final fitini səsləndirib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, Xesus Gil Manzanonun qərarı paytaxt təmsilçisinin futbolçularının hiddətinə səbəb olub. Cud Bellinqem və Antonio Rudiger mübahisəyə görə qırmızı vərəqə alıblar. (Unikal)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

«Dövlət» əhəmiyyətli otel?

admin

“Toplum TV işi”: Apellyasiya məhkəməsində hakimə etiraz edilib, təqsirləndirilənlər zaldan çıxarılıb

admin