DünyaMuharibə

“Rus ordusu Avdeevkanın əsas girişini ələ keçirdi” – KİV

“Rusiya qoşunları Donetsk vilayətinin Avdeevka şəhərinin əsas girişini ələ keçirib”.

 

Bu barədə fevralın 15-də Rusiyanın hərbi müxbiri Yevgeni Poddubnının yayımladığı videoda deyilir.

 

Kadrlardan şəhərin şimal kənarında Rusiya bayrağının quraşdırıldığı görünür.

 

Videonun geolokasiyasına əsasən, yaxınlıqda şəhərin adı olan lövhə var. Onun yanında ukraynalı hərbçilər foto çəkdirib və 2023-cü ilin dekabr ayının sonunda Ukrayna Prezidenti Volodimir Zelenski video çəkib.

 

Ukraynanın “DeepState” layihəsi öz növbəsində rus qoşunlarının Avdeevkanın şimalında və cənubunda irəlilədiyini bildirib. “DeepState” xəritəsində Poddubnının videosunda göstərilən ərazi Rusiya qoşunları tərəfindən işğal olunub.

 

Qeyd edək ki, Avdeevka Ukrayna Silahlı Qüvvələrinin Donetskin kənarındakı mühüm möhkəmləndirilmiş ərazisidir. Rusiya qoşunları 2023-cü ilin oktyabrından şəhəri mühasirəyə almaq əməliyyatı aparır. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Putini dayandırmasaq, bu 2 ölkəyə hücum edəcək”

redaktor

Trampdan daha bir sərt plan: Xarici filmlərə 100 faizlik rüsum

redaktor

Gəzinti zamanı təsadüfən 280 milyon illik ekosistemi kəşf etdi

redaktor