Dünya

Zelenski marixuananın leqallaşdırılması haqqında qanun imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski tibbi kannabisin (marixuananın) leqallaşdırılması haqqında qanunu imzalayıb.

 

Tacxeber.com xəbər verir ki, müvafiq yazı Ukrayna parlamentinin saytında yer alıb.

“Prezident müharibə nəticəsində yaranan xərçəng və posttravmatik stress pozğunluqlarının zəruri müalicəsinə xəstələrin əlçatanlığının genişləndirilməsinə şərait yaratmaq məqsədilə çətənə bitkilərinin dövriyyəsinin tənzimlənməsi haqqında qanun layihəsini imzalayıb”, – sənəddə deyilir.

2023-cü ilin dekabrında Ali Rada tibbi kannabisin leqallaşdırılması haqqında qanun layihəsini qəbul edib. Zelenski bunu qəbul etməyin vacibliyində dəfələrlə təkid edib. Qanun rəsmi dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Mənzil alanda siz divara pul ödəyirsiniz, yoxsa otağa? Qərb bu problemi necə həll edib?

redaktor

Zelenskiy-Fyodorov və Qərb-Avopa kəşfiyyatı…

redaktor

Putinin də adı “qara siyahı”dadır…

redaktor