23 C
Bakı
24 İyun 2025 12:18
CəmiyyətSiyasət

Paşinyan Bakıya gəlir – Məşhur erməni jurnalistdən İNANILMAZ İDDİA

“İstisna etmək olmaz ki, Nikol Paşinyan İlham Əliyevi prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edə və tezliklə onun andiçmə mərasimində iştirak etmək üçün Bakıya gedə bilər. Keçən il Ankarada Ərdoğanın andiçmə mərasimində iştirak etmədimi?”

Bunu erməni jurnalist Harutyun Avetisyan deyib.

O, sonra bunları deyib:

 

“Bu gün Xankəndidə Azərbaycanın seçki məntəqələrinin açılmasında Nikol Paşinyanın dolayı, lakin əhəmiyyətli iştirakı var. Biabırçı idarəçilik ucbatından müharibədə uduzan Ermənistana məhz o rəhbərlik edirdi. Ermənistanın strateji yüksəkliklərini və yollarını şifahi razılaşmalarla Azərbaycanın nəzarətinə verən də, ermənilərin Qarabağdan qovulmasına tamaşa edən də o idi. Təssüf ki, Nikol Paşinyan Ermənistan Respublikasının sütunlarını bir-bir uçurur və ümid edir ki, seçkilərdən sonra Azərbaycanla sülh danışıqları uğurla davam edəcək”. (Konkret)

 

Tacxeber.com

Oxşar xəbərlər

REAL-ın qeydiyyatı ləğv edilsə, Erkin Qədirli mandatından imtina edəcək

admin

EFJ “Abzas Media” rəhbərliyini azad etməyə çağıran IFJ-ə qoşulub

admin

Öldürülən müğənninin bacısı canlı yayım açıb bu sözləri dedi – VİDEO

redaktor