Hadisə

Səs verməyə gələn kişi seçki məntəqəsində öldü

 

Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.

Tacxeber.comxəbər verir ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.

 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Məhkəməni səhnəyə çevirmə!”

admin

Kurskda koreyalılarla çeçenlər arasında atışma: 8 nəfər …..

admin

Mariya Zaxarova Yekaterinburq dəhşətinə reaksiya verdi

admin