16 C
Bakı
26 Sentyabr 2025 23:51
DünyaGündəm

Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb – FOTO/VİDEO

Rusiyanın Leninqrad vilayətində dörd uşağı olan qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb. Sosial işçilər qeyri-funksional hesab edilən ailəni yoxlamağa gələndə meyitlə rastlaşıblar.

 

Tacxeber.com 78.ru internet resursuna istinadən xəbər verir ki, çağırış üzrə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfərin qalıqlarını aşkar ediblər.

Və nəticədə digər dəhşətli detallar üzə çıxıb. Məlum olub ki, qadın bir neçə il öz ərinin mumiyalanmış cəsədi ilə bir çarpayıda yatıb.

O da məlum olub ki, 2020-ci ilin dekabr ayında 50 yaşlı qadın əri ilə mübahisə edib, ona ölüm arzulayıb, bundan sonra kişi yerə yıxılıb və ürəyi dayanıb. Çoxuşaqlı ana buna o qədər də əhəmiyyət verməyib, ərinin cəsədini ədyala bükərək otağına aparıb.

 

Uşaqların gözləri önündə isə ailə dramı yaşanıb. Ana onları uşaq evinə göndərməklə hədələyərək danışmamağı tövsiyə edib.

İndi müstəntiqlər baş verənlərin bütün şəraitini öyrənirlər. İstintaq belə qənaətə gəlib ki, kişini qadının özü öldürüb.


Tacxeber.com

Oxşar xəbərlər

Rasim Balayev: “Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım, deyirdilər ki, üzün kinoya düşmür”

redaktor

Rus ordusu Baxmut istiqamətində hücuma keçdi.

admin

Nazarbayevin qardaşı oğlunun milyonları Qazaxıstana qaytarıldı

redaktor