İdman

Cüdoçularımız “Böyük Dəbilqə”yə uğursuz başladılar

 

Azərbaycan cüdo millisinin 2 üzvü Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib.

 

Tacxeber.comxəbər verir ki, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.

 

Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) məğlub olub. Əhməd Yusifov isə iki rəqibini üstələməsinə baxmayaraq, 1/8 finalda yerli idmançı Romeyn Pikara uduzub.

 

Üç gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu tatamiyə çıxacaq. Qarşıdakı günlərdə Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər

Teymur Rəcəbovun ailəsiylə Yeni il fotosessiyası

admin

İran DÇ-2022 oyunları üçün saxta azarkeşlər göndərdi

admin

Ramil Şeydayevə Azərbaycan paspotunu qəbul etməsi üçün 500 təklif edilib ?

admin