22.2 C
Bakı
10 İyun 2026 03:07
Dünya

Hindistan Çin casusu olmaqda şübhəli bilinən göyərçini sərbəst buraxdı

 

2023-cü ilin may ayında Hindistanda casusluq ittihamı ilə tutulan göyərçin aparılan araşdırmalardan sonra sərbəst buraxılıb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, göyərçinin Tayvandan Hindistana gələn yarış quşu olduğu müəyyən edilib.

 

Belə ki, ayaqlarında Çin dilinə bənzər yazılar olduğu üçün polisin diqqətini çəkən göyərçin heyvan xəstəxanasına göndərilib.

 

Göyərçinin pakistanlı balıqçıya məxsus olduğu ortaya çıxıb.

 

Sahibi quşunun ayağındakı nömrələrin bölgədəki silahlı qruplara göndərilən gizli mesaj olmadığını, onun telefon nömrəsi olduğunu  bildirib.

 

Hindistanlı polis məmuru açıqlamasında “Şübhəli hadisə aşkar edilmədiyi üçün göyərçin buraxılıb” deyib.

 

Qeyd edək ki, 2016-cı ildə ayağında Hindistanın baş naziri Narendra Modinin ünvanına təhdid mesajı yazılan göyərçin polis nəzarətinə götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

“72 saatdan sonra…” Qərb Rusiyaya qarşı hərbi əməliyyat planı hazırlayıb

redaktor

Almaniyada böyük müharibə qorxusu: əhali panikadadır

redaktor

Əsəd rejiminin işgəncə verdiyi məhbus görün nələr danışdı – ŞOK VİDEO

redaktor